Bu gün ölkənin müxtəlif şəhər və rayonlarında 55 282 şagird ümumi orta təhsil səviyyəsi üzrə bilik sınağından keçir.

Postxronika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi prosesdə 79 nəfər sağlamlıq imkanları məhdud gənc də iştirak edir. Fiziki məhdudiyyəti olan iştirakçıların rahatlığı üçün binalarda xüsusi zallar ayrılıb və fərdi nəzarətçilər təhkim olunub.

Ümumilikdə 240 binada keçirilən imtahanların idarə edilməsinə 7 mindən çox əməkdaş cəlb edilib. Bakı, Sumqayıt və Naxçıvanla yanaşı, işğaldan azad edilmiş Laçın və Ağdərənin bir sıra kəndlərində də məktəblilər hazırda sualları cavablandırırlar. Saat 11:00-da start götürən imtahan prosesi hazırda müəyyən olunmuş qaydalar çərçivəsində davam edir. İmtahan binalarında təhlükəsizliyin və şəffaflığın qorunması məqsədilə xüsusi mühafizə əməkdaşları fəaliyyət göstərir.