Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda temperaturun gündüz 20 dərəcəyə qədər yüksələcəyi, atmosfer təzyiqinin isə 761 millimetr civə sütunu təşkil edəcəyi bildirilir. Bölgələrdə, xüsusilə dağlıq ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi və yüksək zirvələrdə qar yağacağı ehtimal olunur. Rayonlarda temperaturun gündüz 26 dərəcəyədək isinəcəyi, qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi proqnozlaşdırılır. Səhər saatlarında duman müşahidə ediləcəyi üçün sürücülərə yollarda ehtiyatlı olmaq tövsiyə edilir.