YENİLƏNDİ - 18:34: Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Nəticədə yeddi nəfər xəsarət alıb. Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
17:29
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.