Azərbaycan teatr sənətinə ağır itki üz verib. Naxçıvan Dövlət Milli Dram Teatrının tanınmış aktyoru, Əməkdar artist Əli Şəmsəddin oğlu Əliyev dünyasını dəyişib.
Postxronika.az xəbər verir ki, sənətkar uzun illər milli səhnə mədəniyyətimizin inkişafı naminə fəaliyyət göstərib.
1983-cü ildən etibarən taleyini Naxçıvan Dövlət Milli Dram Teatrına bağlayan Əli Əliyev, burada yaratdığı dolğun və xarakterik obrazlarla geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. O, xüsusilə "Anamın kitabı", "Dəli İbrahim" və "Məşədi İbad" kimi klassik və müasir səhnə əsərlərindəki uğurlu ifaları ilə yaddaşlarda dərin iz buraxıb.