Çexiya Hökumətinin rəhbəri Andrey Babiş bu gün Azərbaycana rəsmi səfər edir.

Postxronika.az xəbər verir ki, bu barədə siyasətçi özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

O, paylaşımında bu səfərin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hökumət başçısı Bakı səfərini Avropa İttifaqı hüdudlarından kənara reallaşdırdığı ilk rəsmi missiya kimi xarakterizə edib. Görüşlər çərçivəsində iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir.