Vesterosda hakimiyyət uğrunda mübarizə daha amansız mərhələyə qədəm qoyur. ''CCXP Mexico'' festivalında “House of the Dragon” serialının gözlənilən üçüncü mövsümünün ilk treyleri rəsmi olaraq nümayiş etdirilib.


Postxronika.az xəbər verir ki, yeni fraqmenti layihənin ulduzları Mett Smit, Oliviya Kuk və Fabien Frankel pərəstişkarlara təqdim ediblər. Yaradıcı heyət növbəti hissələrin daha amansız, təhlükəli və genişmiqyaslı olacağını vəd edir. Videoda “Udqunma boğazı” döyüşü və nəhəng sahə toqquşmaları xüsusi diqqət mərkəzindədir. Aktyor Ceyms Norton Ormund Haytauer obrazı ilə ilk dəfə görünərək Rhaenyranın hakimiyyət haqqını şübhə altına alan kəskin çıxış edir. Bu mövsümdə “Əjdahaların rəqsi” artıq qarşısıalınmaz və dağıdıcı xarakter alır.


Ekran əsərində sülalədaxili intriqalar da pik həddə çatır. Ağır yaralı II Aegon, hazırda Dəmir Taxtda əyləşən qardaşı Aemonddan qisas alacağına and içir. ''HBO'' studiyası Vesterosdakı real qan tökülməsini və dağıntıları bütün çılpaqlığı ilə nümayiş etdirməkdə iddialıdır. Epik hekayənin davamı izləyicilərə gərgin atmosfer və unudulmaz dramatik anlar vəd edir.