Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən ölkə derbisində “Qarabağ” səfərdə “Neftçi”yə qalib gəlib.

Postxronika.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı parlaq qələbəsi ilə başa çatıb.

​Görüşdə “Qarabağ”ın heyətində Musa Qurbanlı dubl edib, digər qolları isə Montiel, Leandro Andrade və Emmanuel Addai rəqib qapısından keçiriblər. “Neftçi”nin təsəlli qoluna müdafiəçi Elvin Bədəlov imza atıb.

​Bu qələbədən sonra xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində mövqeyini möhkəmlədib. “Neftçi” isə 44 xalla 5-ci yerdə qərarlaşıb.