Bu ildən etibarən, attestatlar elektron formada təqdim olunacaq.


Postxronika.az "Report"a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov brifinqdə deyib.


O bildirib ki, bu ildən şagirdlər attestatlarını istənilən vaxt onlayn formada əldə edə biləcəklər: "Bu da xoşagəlməz halların qarşısını alacaq".