"Bavariya" rəsmisi Karl-Haynts Rummenigge Harri Keynin komandada artıq yalnız qolçu kimi deyil, əsas oyun qurucusu kimi çıxış edəcəyini açıqlayıb. O bildirib ki, ingilis futbolçu yarımmüdafiəyə çəkilərək dəqiq ötürmələrlə komanda yoldaşlarına şanslar yaradacaq.

Postxronika.az xəbər verir ki, 2023-cü ilin avqustundan Münhen təmsilçisində çıxış edən forvardın müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Cari mövsümdə 45 matçda 53 qol və 6 məhsuldar pasla yadda qalan ulduzun transfer dəyəri 65 milyon avro qiymətləndirilir.