Vanessa Kirbi və Luis Pullman rejissor Kitti Qrinin "The Spacesuit" adlı yeni elmi-fantastik trillerində baş rolları canlandıracaqlar. "HanWay Films" şirkəti layihənin beynəlxalq satışlarına Kann Kinofestivalında start verir.


Postxronika.az xəbər verir ki, bu ekran işi uçuşa az qalmış ciddi sınaqla üzləşən kosmonavtın dramından bəhs edir. Hadisələr köməkçi pilotun iştirakı ilə baş verən və missiyaya kölgə salan insident ətrafında cərəyan edir. Baş qəhrəman zamanla yarışaraq taleyüklü seçim etmək məcburiyyətində qalır. Filmin prodüser heyətində Ceyms Şamus və Skott Makoley kimi təcrübəli simalar təmsil olunur.


"The Crown" serialı və "Napoleon" filmi ilə məşhurlaşan Vanessa Kirbi həm də "Aluna" şirkəti vasitəsilə layihənin icraçı prodüseri kimi çıxış edəcək. Onun tərəf müqabili Luis Pullman isə son illərdə "Top Gun: Maverick" filmindəki performansı ilə populyarlıq qazanıb. Kitti Qrinin müəllifi olduğu bu yaradıcılıq işi tamaşaçılara yüksək gərginlik və dərin psixoloji mövzular vəd edir." (The Spacesuit) adlı yeni elmi-fantastik trillerində baş rolları canlandıracaqlar. "HanWay Films" şirkəti layihənin beynəlxalq satışlarına Kann Kinofestivalında start verir.