Dünya şöhrətli aktyor Toni Lun Çiu-vay 2026-cı ilin iyununda baş tutacaq 28-ci Şanxay Beynəlxalq Film Festivalının əsas müsabiqə münsiflər heyətinə rəhbərlik edəcək. İyunun 12-də start götürəcək tədbir Çinin ən köklü və nüfuzlu kino hadisəsi hesab olunur.


Postxronika.az xəbər verir ki, , 40 ildən artıq təcrübəyə malik sənətçi 100-dən çox ekran işində bənzərsiz obrazlar yaradıb. O, 2000-ci ildə “In the Mood for Love” filmindəki ifasına görə Kann Festivalında “Ən yaxşı aktyor” mükafatını qazanan ilk Honkonq təmsilçisi kimi tarixə düşüb. Bundan əlavə, ulduz aktyor 2021-ci ildə Venesiya Film Festivalının “Qızıl Şir” fəxri mükafatı ilə təltif edilib. Lun həmçinin 2024-cü ildə Tokio Beynəlxalq Film Festivalının münsiflərinə sədrlik etməklə beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyib.


Karyerası ərzində Vonq Kar-vay, Anq Li və Con Vu kimi dahi rejissorlarla əməkdaşlıq edən sənətçi Şanxay festivalını “arzular gəmisi” adlandırıb. Onun rəhbərlik edəcəyi festivalın əvvəlki sədrləri sırasında Denni Boyl və Lük Besson kimi dünya şöhrətli simalar yer alıb. Müsabiqənin tam proqramı və heyətin digər üzvlərinin adları yaz aylarında ictimaiyyətə açıqlanacaq.