Çempionlar Liqasının yarımfinal turunun ilk matçında PSJ alman nəhəngi "Bavariya"nı qəbul etdi.


Möhtəşəm dueldə hesab 17-ci dəqiqədə Harri Keynin dəqiq penalti zərbəsi ilə açıldı. 

Almanların sevinci uzun çəkmədi matçın 24-cü dəqiqəsində ev sahibi Kviça Kvaratseliyanın zərbəsi ilə hesabda bərabərliyi təmin etdi. 33-cü dəqiqədə Usman Dembelenin ötürməsidə Joao Neves parisliləri hesabda önə keçirdi.


Bu dəfə Münxen təmsilçisinin fransalı vingeri Maykıl Olise 41-ci dəqiqədə Matteo Safanovu məğlub edərək hesabı 2-2 etdi.


45+1 dəqiqədə Alfonzo Deyvisin elle oyununa görə qonaq komandanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edildi. 


Penaltidə səhvə yol verməyən fransalı hücumçu komandasını fasiləyə 3-2 öndə apardı.


56-cı dəqiqədə PSJ gürcüstanlı forvardı ilə hesabı 4-2 etməyi bacardı. Az sonra 59-cu dəqiqədə Usman Dembele də qol vuraraq özünün 2-ci komandasının 5-ci qolunu vuraraq hesabı 5-2 etdi.


Ruhdan düşməyən almanlar 65-ci dəqiqədə digər fransalı ulduzu Dayo Upamekano ilə hesabı 5-3 etdiler. Üç dəqiqə sonra Harri Keynin möhtəşəm ötürməsidə qola imza atan Luiz Diaz top fərqini birə endirməyi bacardı və oyun 5-4 hesabı ilə başa çatdı.


Hüseyn Rəşadoğlu