Ukrayna ordusu Rusiya ilə həmsərhəd olan Sumı vilayətinin üç rayonunda müdafiə istehkamlarının tikintisini intensivləşdirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko məlumat verib. Məlumata görə, mühəndis qoşunları Qluxov, Belopolye və Krasnopolye istiqamətlərində eşelonlaşdırılmış müdafiə xətti qurur. Ukrayna tərəfi istehkamlarla yanaşı, ərazilərdə mina maneələri yaradır və düşməni çaşdırmaq üçün yalançı mövqelər hazırlayır. Ekspert bildirib ki, havaların isinməsi bölgədəki mühəndis-istehkam işlərinin sürətlənməsinə şərait yaradıb. Bu fəaliyyət Kiyevin sərhəd boyu strateji müdafiə potensialını gücləndirmək cəhdi kimi qiymətləndirilir.