ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın iqtisadiyyatına təzyiqləri artırmaq üçün davamlı blokada strategiyası hazırlamağı əmr edib.

Postxronika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb. Ağ Ev rəhbəri neft tankerləri də daxil olmaqla, gəmilərin İran limanlarından çıxışının qarşısını almaqla İslam Respublikasının gəlirlərini məhdudlaşdırmaq niyyətindədir. Trampın fikrincə, bombardmanların bərpası və ya münaqişədən tamamilə geri çəkilmək Vaşinqton üçün blokada ilə müqayisədə daha böyük risklər daşıyır. Bununla belə, bəzi amerikalı rəsmilər Hormuz boğazının qapalı qalmasının daxili iqtisadiyyata və qarşıdan gələn seçkilərə mənfi təsir edə biləcəyindən narahatdırlar. Hazırda ABŞ administrasiyası Tehrana qarşı ən effektiv təzyiq mexanizmlərini nəzərdən keçirir.