İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb. 

 Postxronika.az   İdman Nazirliyinə. istinadən xəbər verir ki, akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində komandamız iki medal qazanıb. Nurlan Paşayev-Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.  Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.