Paytaxtımızda 1-5 iyul tarixlərində məşqçilər üçün Beynəlxalq Voleybol Federasiyasının (FIVB) "Level 1" dərəcəli seminarı təşkil olunacaq.

Postxronika.az  Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, təlimlərə FIVB-nin serbiyalı mütəxəssisi Dejan Vulicevic rəhbərlik edəcək. Seminarda milli federasiyalar tərəfindən tövsiyə olunan, 18 yaşdan yuxarı, ingilis dilini bilən və fiziki hazırlığı yüksək olan mütəxəssislər iştirak edə bilərlər. Namizədlərdən aktiv məşqçilik təcrübəsi, xüsusi sertifikat, CV və digər zəruri sənədlər tələb olunur.

İştirak etmək istəyənlər sənədlərini mayın 31-dək nargiza.ismayilova@gmail.com ünvanına göndərməli və ya +994 77 575 08 69 nömrəsi ilə əlaqə saxlamalıdırlar. Qeyd edək ki, layihə məşqçilik bacarıqlarının beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi məqsədini daşıyır.