Rusiya Prezidenti Vladimir Putin Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin respublika rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib.

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Kremldə region nümayəndələri ilə keçirdiyi görüşdə məlumat verib. Bildirilib ki, hazırkı rəhbər Sergey Melikovun səlahiyyət müddəti bu ilin sentyabrında başa çatır və o, fəaliyyətini başqa vəzifədə davam etdirəcək. Putin Melikovun region üçün gördüyü işləri yüksək qiymətləndirərək, yeni rəhbərin yerli əhali arasında etimad qazanmış şəxs olmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin Məhəmməd Ramazanovun respublikanın Baş naziri postuna namizədliyi də bəyənilib. Yeni rəhbərlik qarşısında cari problemləri həll etmək və əvvəlki nailiyyətləri inkişaf etdirmək tapşırığı qoyulub. Hazırda Dağıstanda hakimiyyətin planlı şəkildə təhvil verilməsi prosesinə başlanılıb.