Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki mövqelərində süni intellektlə təchiz edilmiş pulemyotlar yerləşdirib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko məlumat verib. Ekspertin sözlərinə görə, Novosergiyevka və Çerneşina yaşayış məntəqələri yaxınlığında quraşdırılan avtomatik turrellər həm məsafədən idarə olunur, həm də müstəqil fəaliyyət göstərir.
Müasir texnologiyalı bu silahlar həm hava hücumundan müdafiə sistemlərinin, həm də quru qoşunlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Pulemyotlar strateji yüksəkliklərdə yerləşən sığınacaqlardan əlavə qüvvələr tərəfindən qorunur. Bu texnikanın tətbiqi döyüş meydanında insan amilini minimuma endirməyə və atəş dəqiqliyini artırmağa xidmət edir. Hazırda Ukrayna ordusu bu avtonom sistemlər vasitəsilə müdafiə xəttini gücləndirməyə çalışır.