ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında qalan gəmilərə dəstək məqsədilə başladığı "Azadlıq" əməliyyatı hərbi müşayiəti nəzərdə tutmur.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu təşəbbüs çərçivəsində ticarət gəmilərinə yalnız minalardan təmizlənmiş təhlükəsiz zolaqlar barədə məlumatlar ötürüləcək. ABŞ hərbi gəmiləri isə birbaşa müşayiət yerinə, İranın mümkün hücumlarına reaksiya vermək üçün yaxın ərazilərdə mövqe tutacaqlar. Prezident Donald Tramp gəmilərin hərəkətinə mane olacaq hər hansı müdaxiləyə qarşı güclü cavab veriləcəyini bəyan edib. Hazırda ABŞ administrasiyası bölgədəki dəniz yolunun təhlükəsizliyini hərbi eskort olmadan təmin etməyə çalışır. Bu mexanizm münaqişə zonasında gərginliyi artırmadan mülki daşımaların davamlılığını hədəfləyir.