Qarşıdan gələn həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

Postxronika.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edərək, xüsusilə turizm və istirahət bölgələrinə üz tutan sürücüləri daha məsuliyyətli olmağa çağırıb. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmək, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək, eləcə də riskli ötmə manevrlərindən qaçaraq təhlükəsiz ara məsafəsini qorumaq tövsiyə olunur.

​İdarə həmçinin səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirilməsinin və yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.