Mayın 10-da start götürəcək Bakı-Xankəndi beynəlxalq velosiped yarışının hazırlıqları başa çatıb.
Postxronika.az xəbər verir ki, turnirin texniki direktoru Roland Hofer yarışın dörd qitəni əhatə etdiyini və yüksək səviyyədə təşkil olunduğunu bildirib. Beş gün davam edəcək yarışda dünyanın 20 ölkəsindən 24 komanda həm sprint, həm də dağ velosipedi növləri üzrə güclərini sınayacaq. Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanın idman nüfuzunu artırmaq və regionların turizm potensialını dünyaya tanıtmaqdır. Sabah yarışdan öncə iştirakçı komandaların rəsmi təqdimat mərasimi keçiriləcək.