Almaniyada kerosin qiymətlərinin kəskin artması yay mövsümündə aviaşirkətlərin fəaliyyətinə ciddi təhlükə yaradır.
Postxronika.az " Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya Hava Limanları Birliyinin baş direktoru Ralf Bayzel ən pis ssenari halında sərnişin daşımalarının 10 faiz azala biləcəyini və bunun 20 milyon insana təsir edəcəyini bildirib. Xüsusilə aşağıbüdcəli aviaşirkətlərin və bəzi marşrutların tamamilə ləğv edilməsi, aviabiletlərin qiymətlərinin isə kəskin yüksəlməsi gözlənilir. Yanacaq xərclərinin iki dəfə artması səbəbindən bir çox uçuşlar artıq iqtisadi cəhətdən səmərəsiz hesab olunur. Birlik vəziyyətdən çıxış yolu kimi hökuməti hava nəqliyyatı vergisini müvəqqəti dayandırmağa və ya azaltmağa çağırıb. Ekspertlər yaxın aylarda yanacaq bazarında normallaşmanın baş verməyəcəyini ehtimal edirlər.