Mayın 9-da Azərbaycandan Ermənistana 479 ton (8 vaqon) dizel yanacağı yola salınıb.

Postxronika.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, daşınma qrafik üzrə uğurla icra edilib. Eyni zamanda, Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü reallaşdırılıb. Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 402 ton çəkisində olan 6 vaqon gübrə göndərilib. Bu proses regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası istiqamətində atılan praktik addımların tərkib hissəsidir. Hazırda dəmir yolu xətləri vasitəsilə daşınmaların intensivliyinin artırılması diqqət mərkəzində saxlanılır.