İspaniya sahillərində göyərtəsində hantavirus epidemiyası baş verən kruiz gəmisindəki sərnişinlərin təxliyəsinə başlanılır.

Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland öz vətəndaşlarını gətirmək üçün bölgəyə xüsusi təyyarələr göndərib. İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, ABŞ və Böyük Britaniya da oxşar təxliyə planları hazırlayır. Təhlükəsizlik tədbirləri çərçivəsində sərnişinlərə yalnız zəruri əşyalarını götürməyə icazə veriləcək, gəmi isə tam dezinfeksiya üçün Niderlanda yola salınacaq. Sahilə ilk olaraq İspaniya vətəndaşları çıxarılacaq, digər sərnişinlərin təxliyə ardıcıllığı isə səhiyyə orqanları tərəfindən tənzimlənəcək. Hazırda gəmidəki vəziyyət beynəlxalq tibbi protokollar əsasında ciddi nəzarətdə saxlanılır.