Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonu, Quşqara kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Postxronika.az "Report" agentliyinə istinadən xəbər verir ki, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar — Nadel kənd sakinləri olan qardaşlar Orxan və Tərxan Həsənlilər, həmçinin Elyar Əmirzadə dərhal xəstəxanaya çatdırılıblar. Tibbi müəssisədən verilən məlumata görə, xəsarət alanlara lazımi ilkin tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir. Qəzanın başvermə səbəbləri hələlik tam bəlli deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.