Mayın 10-da yaradıcılıq ittifaqlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri və mədəniyyət naziri Adil Kərimli müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dahi siyasətçinin Fəxri xiyabanda məzarını ziyarət ediblər. 

Postxronika.az xəbər verir ki, mədəniyyətimizin böyük himayədarının məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ziyarət zamanı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.