Milli Hidrometeorologiya Xidməti mayın 11-nə gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Paytaxtda mülayim cənub-qərb küləyi əsəcək, temperaturun gündüz saatlarında 24-29° isti təşkil edəcəyi gözlənilir. Bölgələrdə də hava şəraiti sabit keçsə də, bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı, şimşək və dolu ehtimalı var. Rayonlarda havanın temperaturu gündüz 25-30°, dağlarda isə 20-25° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan bir qədər yüksək – 763 mm civə sütunu olacaq. Sinoptiklər ayrı-ayrı yerlərdə arabir duman olacağını da proqnozlaşdırırlar.