Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Heydər Əliyev Parkında Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, qardaş ölkə parlamentinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsindəki əvəzsiz rolu və "bir millət, iki dövlət" fəlsəfəsinin əhəmiyyəti xüsusi vurğulanıb. Türkiyədə fəaliyyət göstərən Azərbaycan strukturlarının əməkdaşları da dahi rəhbərin siyasi irsinə sadiqliklərini nümayiş etdiriblər. Anım mərasimi hər iki ölkə arasındakı sarsılmaz dostluq və mənəvi bağlılığın növbəti nümayişinə çevrilib.