Ağdam rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçumuz faciəvi şəkildə həyatını itirib.
Postxronika.az xəbər verir ki, qəza zamanı leytenant Faiq Mehtiyev, çavuşlar Saday Qəhrəmanov, Ruslan Novruzov və İsmayıl Abbasov şəhid olublar. Hadisə nəticəsində daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin həkimlərin nəzarəti altında olduğu və lazımi tibbi yardımın göstərildiyi bildirilir. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən genişmiqyaslı araşdırma işlərinə başlanılıb. Baş vermiş bədbəxt hadisə ilə bağlı zəruri ekspertizalar təyin edilib.