Sabah gecə və səhər saatlarında dumanın təsiri ilə yollarda görünüşün 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Postxronika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki,  bu vəziyyət sürücülər üçün əlavə risklər yarada bilər. Qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrini idarə edən şəxslərə ehtiyatlı olmaq və ara məsafəsini qorumaq tövsiyə edilir. Sözügedən meteoroloji durum nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün diqqət mərkəzində saxlanılmalıdır. Aidiyyəti qurumlar yola çıxanları mövcud şəraiti nəzərə almağa çağırır.