Azərbaycan millisi Vyetnamın Dananq şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsini bir dəst medalla başa vurub.
Postxronika.az xəbər verir ki, digər təmsilçilərimizdən Sahib Dadaşov (80 kq) gümüş, Rübail İbrahimli (70 kq) isə bürünc mükafat qazanaraq fəxri kürsüdə yer alıblar. Ümumi komanda hesabında 60 xal toplayan seçməmiz Gürcüstan və Ukraynadan sonra turniri üçüncü pillədə tamamlayıb. İdmançılarımızın bu uğuru mövsümün ilk beynəlxalq sınağında yüksək hazırlıq səviyyəsinin göstəricisi kimi qiymətləndirilir.