İçərisində hantavirusun yayıldığı "MV Hondius" kruiz laynerinin heyət üzvü olan Rusiya vətəndaşı gəmi ilə birlikdə Niderlanda yollanacaq.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, gəmi həmin ölkəyə dezinfeksiya işlərinin aparılması üçün istiqamət alıb. Rusiyanın Madriddəki səfirliyi vətəndaşın vəziyyəti ilə bağlı məlumatı təsdiqləyərək, onun mənzil başına qədər gəmidə qalacağını bildirib.
Xatırladaq ki, laynerdə təhlükəli virusun aşkarlanması səyahəti dayandırmağa məcbur etmişdi. Hazırda diplomatik nümayəndəlik məsələni nəzarətdə saxlayır və heyət üzvünün təhlükəsizliyi təmin olunur. Niderlandda həyata keçiriləcək tibbi-profilaktik tədbirlərdən sonra gəminin taleyi ilə bağlı yekun qərar veriləcək.