Almaniyanın paytaxtı Berlində keçirilən Paraüzgüçülük üzrə Dünya seriyasına yekun vurulub.


Postxronika.az Azərbaycan Üzgüçülük Federasiyasına istinadən xəbər verir ki, yeniyetmə paralimpiyaçımız Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.

Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya seriyasının bürünc medalına layiq görülüb.