Tenerife sahillərində hantavirus epidemiyası səbəbindən karantinə alınan "MV Hondius" gəmisindən sərnişinlərin təxliyəsinə başlanılıb. İspaniya rəsmilərinin məlumatına görə, 90-dan çox şəxs tibbi yoxlamalardan sonra hava yolu ilə öz ölkələrinə göndəriləcək.

Postxronika.az xəbər verir ki, aralarında İspaniya, Fransa və Britaniya vətəndaşlarının da olduğu sərnişinlər xüsusi mühafizə altında hərbi xəstəxanalarda karantinə alınıb. Üç nəfərin ölümü ilə nəticələnən epidemiya ilə bağlı Qranadilla limanında genişmiqyaslı əməliyyat icra olunur. Türkiyə və ABŞ təbəələrinin də vətənlərinə çatdırılması üçün xüsusi reyslər planlaşdırılıb. Hazırda gəmi ətrafında bir dəniz mili məsafəsində ciddi təhlükəsizlik perimetri tətbiq edilir.