"Golden State Warriors" rəhbərliyi 36 yaşlı təcrübəli oyunçusu Draymond Qrin ilə bağlı son qərarını verib. Klub rəsmiləri veteran basketbolçunu transfer siyahısına daxil etmək niyyətində olmadıqlarını qəti şəkildə bildiriblər.
Postxronika.az xəbər verir ki, komanda daxilində Qrin hələ də elit müdafiə bacarıqlarına malik müdafiəçi kimi yüksək qiymətləndirilir. Rəhbərlik onun meydandan kənarda nümayiş etdirdiyi liderlik xüsusiyyətlərini köməkçi məşqçi funksiyası ilə eyniləşdirir. Oyunçunun peşəkar düşüncə tərzi və komanda ruhunu qoruması klubun gələcək planlarında mühüm rol oynayır. Qrinin NBA karyerasını bu klubda davam etdirəcəyi gözlənilir.