Mayın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, paytaxtda mülayim cənub-qərb küləyi əsəcək, temperatur gündüz saatlarında 29 dərəcəyədək yüksələcək. Ölkənin əksər rayonlarında havanın sabit keçəcəyi gözlənilsə də, bəzi dağlıq ərazilərdə günortadan sonra arabir yağıntı qeydə alınacaq. Ayrı-ayrı yerlərdə prosesin intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı mövcuddur. Səhər saatlarında duman olacağı, şərq küləyinin isə dağlıq zonalarda arabir güclənəcəyi proqnozlaşdırılır. Bölgələrdə termometrlərin göstəricisi maksimal 30 dərəcə isti təşkil edəcək.