Hantavirus epidemiyası səbəbindən həftələrlə dənizdə təcrid olunan "MV Hondius" kruiz gəmisinin sərnişinləri Tenerifedə sahilə çıxarılıb.

Postxronika.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatlarına istinadən xəbər verir ki, təxliyə prosesi İspaniya hakimiyyəti ilə sıx koordinasiya şəraitində həyata keçirilib. Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus bu hadisənin yeni bir COVID pandemiyası olmadığını bildirərək ictimaiyyəti təşvişə düşməməyə çağırıb. Gəmidə Andes virusuna (ANDV) yoluxma halları təsdiqləndiyi üçün sərnişinlərin daşınması xüsusi çarter reysləri və ciddi sağlamlıq protokolları ilə icra olunur. Mütəxəssislər virusun inkubasiya dövrünü nəzərə alaraq, təxliyə edilən hər bir şəxs üçün 42 günlük aktiv tibbi monitorinq rejimi tətbiq ediblər. Hazırda gəmi tibbi heyətin müşayiəti ilə Niderlanda doğru yoluna davam edir.