Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümü kütləvilik baxımından son onilliyin rekorduna imza atıb.

Postxronika.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, cari mövsümdə keçirilən 38 qarşılaşmanı ümumilikdə 41 min 895 azarkeş tribunadan izləyib. Bu rəqəm bütün klubların iştirak etdiyi yeni format tətbiq olunduqdan bəri ən yüksək kütləvilik göstəricisi kimi tarixə düşüb. PFL-in rəhbərliyi altında təşkil olunan turnirin ümumi tarixində isə tamaşaçı sayının final matçından sonra 700 mini ötəcəyi gözlənilir. Statistikaya əsasən, bu mövsüm hər oyuna düşən orta tamaşaçı sayı 1102 nəfər təşkil edib. Beləliklə, yerli futbol turniri azarkeş marağının bərpası istiqamətində son illərin ən uğur göstəricilərindən birini nümayiş etdirir.