Olimpiya çempionu, tanınmış veteran velosipedçi Aleksandr Vinokurov "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının təşkili və infrastrukturunu yüksək qiymətləndirib.
Postxronika.az xəbər verir ki, əfsanəvi idmançı Azərbaycandakı velosiped yollarının beynəlxalq standartlara cavab verdiyini və yarışın ölkədə bu idman növünün populyarlaşmasına böyük töhfə verəcəyini vurğulayıb. Vinokurov qeyd edib ki, turnir həm peşəkar idmançılar, həm də yeniyetmələr üçün böyük motivasiya mənbəyidir. O, həmçinin yarışın dünya miqyasında maraqla izlənildiyini, sosial şəbəkələrdə geniş müzakirə olunduğunu bildirərək, "Bakı–Xankəndi" yürüşünün gələcəkdə daha yüksək kateqoriyaya layiq olduğunu diqqətə çatdırıb. Qazaxıstanlı çempionun sözlərinə görə, əsas hədəf velosiped idmanını regionda inkişaf etdirmək və bu sahədə yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır.