Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazında daşımaların çətinləşməsi fonunda Yaponiya enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan neftinin idxalını bərpa edir.

Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Azərbaycan nefti ilə yüklənmiş tanker artıq çərşənbə axşamı Yokohama limanına çatacaq.

Yaponiyanın "Eneos" şirkəti üçün nəzərdə tutulan bu yük, regionda hərbi kampaniyalar başladıqdan bəri Azərbaycandan edilən ilk tədarükdür. Əvvəllər neft idxalının 95%-ni Yaxın Şərqdən təmin edən Tokio, strateji boğazların bloklanması səbəbindən mənbələri şaxələndirmək məcburiylətində qalıb. Bu çərçivədə Yaponiya Azərbaycanla yanaşı, ABŞ-dan alışları artırır və sanksiya istisnası olan "Saxalin-2" layihəsindən istifadə edir. Hazırda daxili tələbatı 205 gün müddətinə təmin edəcək strateji ehtiyatlara malik olan Yaponiya üçün Azərbaycan nefti kritik alternativlərdən biri hesab olunur.