Abşeron rayonu, Xırdalan şəhərində avtomobildən oğurluq hadisəsi qeydə alınıb.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərərçəkmiş şəxs polisə müraciət edərək ona məxsus “Mercedes” markalı nəqliyyat vasitəsinin içərisindən maqnitofon, geyim və digər qiymətli əşyaların oğurlandığını bildirib.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşamış 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs gecə saatlarında parklanma ərazisində olan avtomobilin qapısının kilidlənmədiyini görüb və bu fürsətdən istifadə edərək talama əməlini törədib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.