Həftəsonu keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində Azərbaycanın müxtəlif bölgələrində qanunsuz saxlanılan odlu silahlar dövriyyədən çıxarılıb.

Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları həm paytaxt Bakıda, həm də rayonlarda apardıqları axtarışlar zamanı 2 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 36 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Nazirlikdən verilən məlumata görə, ictimai təhlükəsizliyin təmin edilməsi və qanunsuz silahlanmanın qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir. Faktlarla bağlı araşdırmalar aparılır.