Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Belqrad Enerji Forumunda çıxışı zamanı Qafqaz və Balkan regionları arasındakı strateji oxşarlıqlardan və əməkdaşlıq imkanlarından danışıb.

Postxronika.az xəbər verir ki, nazir müavini hər iki bölgənin mürəkkəb geosiyasi məkanda yerləşdiyini və böyük güclərin maraq dairəsində olduğunu vurğulayıb.

E.Soltanov qeyd edib ki, Azərbaycan dil və mədəni yaxınlıqlardan diplomatik vasitə kimi istifadə edərək uğurlu regional koalisiyalar qurmağı bacarıb. O, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlığın və regional oyunçu kimi əməkdaşlığın böyük layihələrin icrasında həlledici rol oynadığını bildirib. Nazir müavininin sözlərinə görə, Balkan ölkələri də məhdud resurslara və fərqli dillərə rəğmən, Azərbaycanın bu "cəsarətli diplomatiya" və əməkdaşlıq modelindən dərslər çıxarmalı, enerji keçidi və dayanıqlılıq naminə birgə fəaliyyətə üstünlük verməlidirlər.