Azərbaycan Misli Premyer Liqasında XXXII turun oyun cədvəli açıqlanıb.
Postxronika.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Sabah" – "Neftçi" rəqabəti mayın 17-də baş tutacaq. Turun açılış oyunu isə mayın 15-də Yevlaxda "Karvan Yevlax" və "Qəbələ" komandaları arasında keçiriləcək.
Aşağıda XXXII turun tam cədvəlini təqdim edirik:
15 may (Cümə)
17:00. "Karvan Yevlax" – "Qəbələ" (Yevlax şəhər stadionu)
19:30. "Araz-Naxçıvan" – "Kəpəz" ("SOCAR Polymer Arena")
16 may (Şənbə)
17:00. "Şamaxı" – "Turan Tovuz" (Şamaxı şəhər stadionu)
17:00. "Qarabağ" – "İmişli" (Tofiq Bəhramov adına Respublika Stadionu)
17 may (Bazar)
18:00. "Zirə" – "Sumqayıt" (Zirə İdman Kompleksinin stadionu)
18:00. "Sabah" – "Neftçi" ("Bank Respublika Arena")