Xorvatiyanın Osiyek şəhərində keçirilən atıcılıq üzrə Avropa Çempionatı Azərbaycan milli komandası üçün növbəti uğurla yadda qalıb.
Postxronika.az xəbər verir ki, millimizin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova 25 metr məsafəyə atəş açma yarışlarında ölkəmizi layiqincə təmsil ediblər.
Qarışıq komanda (duet) növündə mübarizə aparan təmsilçilərimiz bütün rəqiblərini geridə qoyaraq final mərhələsinə vəsiqə qazanıblar. Həlledici qarşılaşmada gərgin və peşəkar mübarizə nümayiş etdirən Ruslan Lunev və Zeynəb Sultanova Avropa Çempionatının gümüş medalına sahib olublar. Bu nailiyyət Azərbaycan atıcılıq məktəbinin beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyib.