YENİLƏNDİ - 08: 50 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Postxronika.az "Report"a  istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.


YENİLƏNDİ - 08:05: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Postxronika.az "Report"a istinadən xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub.

07:23

Bakı şəhərinin Qaradağ rayonunda güclü yanğın hadisəsi qeydə alınıb.

Postxronika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən böyük anbarların birində baş verib.

​Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan çağırışdan dərhal sonra əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, xüsusi yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. 



YENİLƏNDİ - 09:30: Bura yeni məlumatı yazın...