Nigeriyada heyvanlardan insanlara yoluxan Lassa qızdırması ciddi fəsadlar törətməkdədir.

Postxronika.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) ilin əvvəlindən bəri bu infeksiya səbəbindən həyatını itirənlərin sayının 190 nəfərə yüksəldiyini açıqlayıb. Rəsmi məlumata görə, təhlükəli virus ölkənin müxtəlif ştatlarında sürətlə yayılmağa davam edir. Yanvar ayından etibarən qeydə alınan yoluxma halları səhiyyə qurumlarını hərəkətə keçirib. Mütəxəssislər epidemiyanın qarşısını almaq üçün regionlarda nəzarəti gücləndiriblər. Hazırda xəstəliyin daha geniş ərazilərə yayılmaması üçün preventiv tədbirlər həyata keçirilir.