Son vaxtlar artan piyadavurma hadisələri yol hərəkəti təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Postxronika.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, qəzaların əsas səbəbi piyadaların yolu təyin olunmamış yerlərdən keçməsi və hərəkət zamanı diqqəti yayındıran vasitələrdən, xüsusilə qulaqlıqlardan istifadə etməsidir. Qurum bəyan edir ki, ən sadə təhlükəsizlik qaydalarına qarşı nümayiş etdirilən biganəlik yollarda yaşanan faciələrin başlıca amilinə çevrilir. Müraciətdə vurğulanır ki, yol hər bir iştirakçı üçün ortaq məkan olduğundan, qaydalar istisnasız olaraq hər kəsə şamil edilir. Piyadalar öz həyatlarını riskə atmamaq üçün yolu yalnız müəyyən edilmiş keçidlərdən və maksimum diqqətli şəkildə keçməlidirlər. Unutmaq olmaz ki, bir anlıq ehtiyatsızlıq həm piyadanın, həm də digər hərəkət iştirakçılarının taleyində düzəlməz fəsadlar yarada bilər.