Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Uneça şəhərində yerləşən dəmir yolu vağzalına "Darts" tipli PUA ilə hücum təşkil edib. 

Postxronika.az TASS-a istinadən xəbər verir ki, hədəfə alınan zərbə nəticəsində "Rusiya Dəmir Yolları" ASC-nin iki əməkdaşı xəsarət alıb. Vilayət qubernatoru Aleksandr Boqomaz yaralıların dərhal xəstəxanaya yerləşdirildiyini və onlara zəruri tibbi yardımın göstərildiyini bildirib.

Hadisə yerinə dərhal operativ və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Rəsmi qurumlar baş verənləri mülki infrastruktura qarşı qəsdən törədilmiş terror aktı kimi qiymətləndiriblər. Hazırda ərazidə araşdırmalar davam edir və təhlükəsizlik tədbirləri gücləndirilib.