Moskva ÇSKA-nın gənc ulduzu Matvey Kislyak Avropa və Cənubi Amerika təmsilçilərinin transfer siyahısına düşüb.

Postxronika.az xəbər verir ki, insayder Ekrem Konurun iddiasına görə, PSJ, Arsenal, həmçinin Braziliyanın "Flamenqo" və "Palmeyras" klubları futbolçu ilə yaxından maraqlanır. Daha əvvəl Türkiyənin "Fənərbaxça" kollektivi 2025-ci ildə yarımmüdafiəçi üçün Rusiya təmsilçisinə 12 milyon avro təklif edib. Cari mövsümdə 20 yaşlı oyunçu "qırmızı-göylər"in heyətində 41 matçda 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda bir çox nəhəng komanda istedadlı yarımmüdafiəçini heyətinə qatmaq üçün fürsət gözləyir.